Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN Könüllülərindən növbəti tamaşa

14 iyul 2016-cı il tarixində 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası Gənc Tamaşaçılar Teatrında rejissor Anar Sadıqovun "Vətən Daşları" adlı əsərini səhnələşdirib.

Tamaşada yaşadığı bütün ağrı və acılara baxmayaraq, hələ də ürəyi vətən üçün döyünən atanın, həyatlarını fəda edəcək qədər cəsur övladların və bütün bunların ağrısını qəlbində daşıyan bir ananın acı lakin, bir o qədər də ibrətamiz həyatından bəhs olunur.

Qeyd edək ki, ASAN könüllüləri bu günə qədər bir çox teatr tamaşaları səhnələşdirərək geniş auditoriyaya təqdim ediblər.  

 

A- A A+

Digər press-relizlər