Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN Könüllülərindən növbəti tamaşa

29 iyun tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası xalq artisti Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” əsərini səhnələşdirib.

Rejissor Cavidan Novruzun quruluşunda eyniadlı tamaşanı bu dəfə peşəkar aktyorlar yox, ASAN Könüllüləri nümayiş etdiriblər və səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, pyes 1996-cı ildə yazılıb və ilk dəfə 2002-ci ildə səhnəyə qoyulub. Əsər vətənə təmənnasız sevgidən, Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda döyüşdə əsir düşmüş bir əsgərlə tibb bacısı arasında nakam məhəbbətdən bəhs edir. 

 

A- A A+

Digər press-relizlər