Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN Könüllüləri yeni tamaşa təqdim etdilər

Ötən gün ASAN Könüllüləri Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərini səhnələşdirib.

Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Faiq Qasımovun rejissorluğu ilə hazırlanan tamaşada Gəncə “ASAN xidmət” mərkəzinin cari və məzun könüllüləri rol alıblar.

Gecədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Cəfər Cabbarlının nəvələri Bəhlul Abbasov, Qəmər Seyfəddinqızı (Cəfər Cabbarlı ev-muzeyinin direktoru) və digər qonaqlar iştirak ediblər.

Gənclərin aktyorluq bacarığı, səhnə mədəniyyəti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, ASAN könüllüləri fəaliyyətə başladığı gündən etibarən Azərbaycanın dahi şəxsiyyətlərinin həyat və fəaliyyətinin öyrənilməsi və gənclərə aşılanması üçün müxtəlif təqdimatlar hazırlayır. Bu təqdimatlar sonda geniş auditoriyaya təqdim olunur. Azərbaycan ədəbiyyatının, xüsusən dramaturgiyasının ən görkəmli nümayəndələrindən biri Cəfər Cabbarlının əsərinin səhnələşdirilməsi də məhz bu qəbildəndir. 

 

A- A A+

Digər press-relizlər