ASAN Könüllüləri “Varlı qadın” pyesini səhnələşdirib
13 mart 2017-ci il tarixində Gənc Tamaşaçılar Teatrında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası dramaturq Əli Əmirlinin “Varlı qadın” pyesi əsasında eyniadlı tamaşanı səhnələşdirib. 13 mart 2017-ci il tarixində Gənc Tamaşaçılar Teatrında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası dramaturq Əli Əmirlinin “Varlı qadın” pyesi əsasında eyniadlı tamaşanı səhnələşdirib. Cavidan Novruzun rejissorluğu ilə hazırlanan tamaşada 13 könüllü rol alıb. Səhnə əsərində rolları Nigar Əhmədova, Tahir Əlizadə, Taleh Həsənov, Elmir Hümbətov, Böyükxanım Babayeva və başqaları canlandırıblar. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tamaşada pulu, sərvəti əldə etmək üçün hər şeyə hazır olan və bu yolda insani keyfiyyətlərini, dəyərlərini, vicdanını itirməyə hazır olan insanların mənəvi yoxsulluğundan danışılır. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Nərmin Mehtiyeva, “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək ASAN könüllülərinin təşəbbüsünü yüksək qiymətləndirib və gənclərə uğurlar arzulayıblar. Tamaşanın sonunda "ASAN School" könüllülük məktəbinin "Master 2" proqramı çərçivəsində təcrübə keçən könüllülər sertifikatla təltif olunublar.
13 mart 2017-ci il tarixində Gənc Tamaşaçılar Teatrında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası dramaturq Əli Əmirlinin “Varlı qadın” pyesi əsasında eyniadlı tamaşanı səhnələşdirib.
13 mart 2017-ci il tarixində Gənc Tamaşaçılar Teatrında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası dramaturq Əli Əmirlinin “Varlı qadın” pyesi əsasında eyniadlı tamaşanı səhnələşdirib.
Cavidan Novruzun rejissorluğu ilə hazırlanan tamaşada 13 könüllü rol alıb. Səhnə əsərində rolları Nigar Əhmədova, Tahir Əlizadə, Taleh Həsənov, Elmir Hümbətov, Böyükxanım Babayeva və başqaları canlandırıblar.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tamaşada pulu, sərvəti əldə etmək üçün hər şeyə hazır olan və bu yolda insani keyfiyyətlərini, dəyərlərini, vicdanını itirməyə hazır olan insanların mənəvi yoxsulluğundan danışılır.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Nərmin Mehtiyeva, “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək ASAN könüllülərinin təşəbbüsünü yüksək qiymətləndirib və gənclərə uğurlar arzulayıblar.
Tamaşanın sonunda "ASAN School" könüllülük məktəbinin "Master 2" proqramı çərçivəsində təcrübə keçən könüllülər sertifikatla təltif olunublar.