Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN könüllüləri növbəti karyera sərgisi təşkil ediblər

22 iyun 2023-cü il tarixində “ASAN kadr” karyera mərkəzinin təşkilatçılığı, “Azərikard” MMC-nin dəstəyi ilə ASAN könüllülərinin 3-cü Karyera Sərgisi rellaşdırılıb.

Məqsəd savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək və müəssisələrə mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.


Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş karyera sərgisində  könüllülərə məşğulluq, iş, təcrübə imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb.

Ümumilikdə tədbirdə 50-dən çox şirkət 100-dən çox nümayəndəsi vasitəsilə vakansiyalarını təqdim edib.

ASAN könüllülərinin işlə təmin edilməsi məqsədi ilə yaradılmış “ASAN kadr” karyera mərkəzi artıq 7 ildir ki, fəaliyyət göstərir.  “ASAN xidmət” mərkəzlərində könüllü olmuş gənclərin yalnız dövlət xidmətlərinin göstərilməsi deyil, həmçinin şəxsi və karyera inkişafına yönəlmiş fəaliyyətdə iştirakı əsas istiqamətlərdən biridir. "ASAN kadr" çərçivəsində bu günə kimi 3300-dən çox gənc işlə təmin olunub.

A- A A+

Digər press-relizlər