Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN könüllüləri “Könüllərin sədası” konsert proqramını reallaşdırıblar

ASAN könüllülərinin 10 illiyi çərçivəsində “Könüllərin sədası” adlı konsert proqramı təşkil olunub.

Tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının və Azərbaycan Milli Konservatoriyasının birgə əməkdaşlığı ilə gerçəkləşib.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi iştirak ediblər.

Öncə milli orkestr və xorda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramı milli musiqimizi təbliğ etmək, gənclərin yaradıcılıq axtarışlarını, nailiyyətlərini dəstəkləmək, peşəkarlarla bir səhnəni bölüşərək  bacarıqlarını inkişaf etdirmələrinə şərait yaratmaq məqsədi ilə həyata keçirilib.

Proqram mədəniyyətin müxtəlif sahələri üzrə peşəkarların və istedadlı ASAN könüllülərinin iştirakı ilə baş tutub.

Tədbir müddətində xalqımızın yaradıcılıq istedadını  əks etdirən musiqi nümunələri, muğam və xalq mahnıları, könüllülərin və  sənətkarların birlikdə ifaları nümayiş olunub.

A- A A+

Digər press-relizlər