Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN könüllüləri "İlham pərisi" əsərini səhnələşdirdilər

8 iyul 2017-ci il tarixində 3 saylı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası Əhməd Orucoğlunun "İlham pərisi" əsəri əsasında eyniadlı tamaşanı səhnələşdirib.

Anar Sadıqovun rejissorluğu ilə hazırlanan tamaşada  6 könüllü rol alıb. Səhnə əsərində rolları Murad Həsənzadə, Bəyaz Həsənova, Rauf Namazov, Gültac Yusifova, Orxan Babayev və Nigar Əmrahlı canlandırıblar.

Tamaşa cəmiyyətdə baş verən neqativ halların mənfi təsirləri, ailə münasibətlərinin qorunması və digər mühüm prinsipləri özündə əks etdirir.

A- A A+

Digər press-relizlər