Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN kadr” karyera mərkəzindən gənclərə dəstək

ASAN Könüllülük Məktəbi tərəfindən ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir.

Bu məqsədlə yaradılan “ASAN kadr” karyera mərkəzi fəaliyyət göstərdiyi 3 il ərzində 960 ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.

Hər bir könüllü www.asankadr.az portalında öz CV-sini yerləşdirməklə mövcud vakansiyalardan yararlana bilər.

Bu günə kimi portal vasitəsi ilə 1031 müəssisə qeydiyyatdan keçib.

ASAN könüllülərinin peşəkar kadr kimi yetişməsi istiqamətində fəaliyyət göstərən mərkəz bu günə kimi 25-dən çox təlim proqramı, yerli və beynəlxalq şirkətlərin iştirakı ilə Karyera sərgisi və SMM Business Breakfast kimi layihələr həyata keçirib.

A- A A+

Digər press-relizlər