“ASAN Həyat” komplekslərində “Unudulmaz” filmi nümayiş olunub

12 dekabr 2018-ci il tarixində “ASAN Həyat” komplekslərində Ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər təşkil olunub.

Tədbirlərdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Öncə ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi barədə qonaqlara məlumat verilib.

Daha sonra “Lider” televiziyası tərəfindən hazırlanan “Unudulmaz” sənədli filmi nümayiş olunub.

Jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevin müəllifi olduğu filmdə Heydər Əliyev ömrünün Klivlend səhifəsi əks etdirilib. Həmçinin onun həkimlərindən özəl müsahibələr və digər məqamlar yer alıb.

A- A A+

Digər press-relizlər