Please ensure Javascript is enabled for purposes of website accessibility

ARGTMŞ üzvləri “ASAN xidmət” mərkəzi ilə tanış olublar

10 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvləri 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

“ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumatlandırılan qonaqlara bu konsepsiyanın  dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğu bildirilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 6 000 000-a yaxın müraciətin daxil olduğu diqqətə çatdırılıb.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar. 

 

A- A A+

Digər press-relizlər