Please ensure Javascript is enabled for purposes of website accessibility

Almaniyanın “Berlin TV” kanalında “ASAN xidmət”in fəaliyyəti işıqlandırılıb

Almaniyanın “Berlin TV” kanalında dünyada “Azərbaycan brendi” kimi tanınan “ASAN xidmət”ə həsr olunmuş reportaj yayımlanıb.


Reportajda “ASAN xidmət”in iş prinsipləri, fəaliyyətinin necə qurulması göstərilib, vətəndaşların fikirləri öyrənilib və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovdan müsahibə götürülüb. Bildirilib ki, “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətlərini əhali üçün daha əlçatan səviyyəyə gətirmək və səmərəliliyi artırmaqdan ibarətdir.

Qeyd edək ki, “ASAN xidmət”in fəaliyyəti bu gün dünya mətbuatında geniş işıqlandırılır, bir sıra beynəlxalq ekspertlər və təşkilatlar tərəfindən qabaqcıl təcrübə kimi qiymətləndirilir və artıq bir çox dövlətlər bu modelin öz ölkələrində tətbiqində maraqlıdırlar.

Reportaja keçid

 

A- A A+

Digər press-relizlər