Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib;
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib;
1. Rəhimov Ziyəddin Aşur oğlu
2. Abbasov Rövşən Hüseyn oğlu
3. Novruzov Mobil Şahmar oğlu
4. Abbasov Kamal Saleh oğlu
5. Məmmədov Vidadi Ələkbər oğlu
6. Əliyev Xəyyam Şəadət oğlu
7. İbrahimov Şahid Samir oğlu
8. Atakişiyev Rəşad Nazim oğlu
9. İsmayılov İlqar Məzahir oğlu
10. Abdurrəhmanov Nicat İlqar oğlu
11. Quliyev Şəhriyar Əsa oğlu
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 87 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 17-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.