Please ensure Javascript is enabled for purposes of website accessibility

ABŞ və Ruanda nümayəndə heyətləri “ASAN xidmət”də

29 may 2019-cu il tarixində Ruanda Respublikasının ölkəmizdəki səfiri Vilyams Nkurunziza və Ruanda İnkişaf Şurasının rəhbərinin müavini Emanuel Hategekanın rəhbərlik etdiyi, həmçinin ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyətləri ilə görüşlər keçirilib.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Görüşlərdə tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, qonaqlar “ASAN xidmət” mərkəzi, “ABAD” publik hüquqi şəxs, “ASAN Radio”, “ASAN Təlim-Tədris Mərkəzi”, 108 “Çağrı” mərkəzi ilə tanış olublar.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

A- A A+

Digər press-relizlər