9 noyabr “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Vətəndaşlar 10 noyabr tarixindən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

A- A A+

Digər press-relizlər