9-15 may tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür
Ramazan bayramı ilə əlaqədar olaraq 9-15 may tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.
16 may tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
15 may tarixində isə vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti və miqrasiya xidmətləri ilə bağlı hazır sənədlərin götürülməsi üçün saat 10:00-dan 17:00-dək Bakı, Sumqayıt və Gəncə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.