Please ensure Javascript is enabled for purposes of website accessibility

800 milyon insan, 40-dan çox ölkə: “ASAN xidmət”in qlobal miqyası AIDA-nın konfransında

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib.

Konfransda çıxış edən Dövlət Agentliyinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modelinin bürokratik maneələrin aradan qaldırılması, şəffaflığın və innovativ yanaşmaların təşviqi vasitəsilə vətəndaş-dövlət münasibətlərinin transformasiyasına verdiyi töhfələrdən bəhs edib.

Bildirib ki, bu gün ASAN konsepsiyası 40-dan çox ölkə ilə paylaşılır və dünyanın müxtəlif yerlərində 600-dən çox mərkəz 800 milyondan çox insana ASAN prinsipləri əsasında xidmət göstərir. Bu təcrübənin digər ölkələrlə bölüşülməsi Azərbaycanın dost və tərəfdaş dövlətlərlə əlaqələrinin daha da dərinləşdirilməsi və beynəlxalq inkişafa töhfə vermək baxışını əks etdirir.

Həmçinin, “ASAN xidmət” modelinin tətbiqi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verdiyi qeyd olunub.

Konfrans çərçivəsində təşkil olunmuş panel müzakirələri zamanı Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət”in fəaliyyət istiqamətləri, eləcə də müvafiq təcrübənin ixracı və beynəlxalq tərəfdaşlarla paylaşılması istiqamətində həyata keçirilən əməkdaşlıq barədə geniş təqdimat edib.

A- A A+

Digər press-relizlər