Please ensure Javascript is enabled for purposes of website accessibility

"2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsinin ictimai müzakirəsi keçirilmişdir

12 iyul 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şura tərəfindən  "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsinin ictimai müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov tədbirin Açıq Hökümətin təşviqi ilə bağlı keçirilən tədbirlərin davamı olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Dövlət Proqramının məqsədi  “elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımların atılması ilə müasir informasiya cəmiyyətinin tələblərinin təmin edilməsidir.

Daha sonra çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə ölkədə "elektron hökumət"in formalaşdırılması prosesinin davam etdiyini  və artıq müvafiq uğurlar əldə edildiyini diqqətə çatdırmışdır. E.Vəlizadə Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 417 xidmətdən 225-nin "elektron hökumət" və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edildiyini qeyd etmişdir. O, Dövlət Agentliyinin yaradılmasının elektron xidmətlərin inkişafına istiqamətlənmiş vacib institusional addım olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edən digər natiqlər elektron hökümət quruculuğu  sahəsində Dövlət Proqramı layihəsinin müstəsna əhəmiyyətini vurğulamaqla onun Açıq Hökümətin təşviqinə geniş töhfə verəcəyini bildirmişlər.

Foto: Dövlət Proqramı layihəsinin ictimai müzakirəsi

 

A- A A+

Digər press-relizlər