20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər əməkdaşlar Şəhidlər xiyabanını ziyarət ediblər.
Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları önünə gül dəstələri qoyulub.