Please ensure Javascript is enabled for purposes of website accessibility

1 saylı “ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayıb

15 yanvar 2017-ci il tarixindən etibarən 1 saylı “ASAN kommunal” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, pilot layihə çərçivəsində 1 saylı “ASAN Kommunal” mərkəzinin xidmətlərindən ilkin mərhələdə Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan sakinlər yararlana biləcəklər. Mərkəzdə “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən 45 növ xidmət göstəriləcək.

O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə paytaxtda daha 2 “ASAN Kommunal” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.  2 saylı “ASAN kommunal” Mərkəzi Bakı dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək. Bu mərkəzlərdə də vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılacaq.

Xatırladaq ki, 28 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 1 saylı “ASAN Kommunal” mərkəzinin rəsmi açılışı baş tutub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il 890 nömrəli Fərmanı ilə əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi və bu sahədə vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə “ASAN Kommunal” mərkəzlərinin yaradılması tapşırılımışdır. 

 

A- A A+

Digər press-relizlər