Please ensure Javascript is enabled for purposes of website accessibility

Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzinin 2 günlük fəaliyyəti

May ayının 15-dən etibarən Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzi öz fəaliyyətinə başlamışdır.

15-16 may tarixlərində Sumqayıtdakı mərkəzə 2 minə yaxın vətəndaş müraciət etmiş və yüksək standartlara cavab verən müxtəlif xidmətlərdən yararlanmışdır. Mərkəzin xidmətlərindən Sumqayıt şəhərində qeydiyyatda olan vətəndaşlarımızla yanaşı Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri də müraciət etmiş və onlara müvafiq xidmətlər göstərilmişdir. 

Diqqətə çatdırırq ki, regionda ilk belə mərkəz olan Sumqayıt “ASAN xidmət” mərkəzi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə cari il may ayının 3-də açılmış, 15-dən isə tam hazırlıqla vətəndaşları qəbul etməyə başlamışdır.

 

A- A A+

Digər xəbərlər