Please ensure Javascript is enabled for purposes of website accessibility

Sumqayıt “ASAN xidmət” mərkəzinin açılış mərasimi

Prezident İlham Əliyev Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir.

Mərkəzlə tanış olan dövlətimizin başçısına Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verdi ki, burada ilk dəfə ölkədə tətbiq olunan elektron ərizə doldurma aparatı yerləşdirilmişdir. 

Dövlətimizin başçısı könüllülərlə görüşdü. 

Prezident İlham ƏLİYEV: “Bu, sizin üçün də gözəl təcrübədir. İlk növbədə gələcək fəaliyyətiniz üçün, hesab edirəm ki, çox vacib olan təcrübədir. Digər tərəfdən, bax bu valantyorluq sizin niyyətinizi göstərir, onu ifadə edir. Yəni, siz cəmiyyətin fəal üzvlərisiniz. Əgər siz könüllü şəkildə, necə deyərlər, vətəndaşlara və dövlətə təmənnasız kömək etmək istəyirsinizsə, deməli sizin niyyətiniz çox xoşməramlıdır və ölkəmizin ümumi inkişafına tam uyğundur. Bax, belə gənclər olmalıdır, Vətəni sevən, insanlara xoş münasibət bildirən, peşəkar, bilikli və müasir. Mən sizə uğurlar arzulayıram. Sizə bax bu təşəbbüsə görə minnətdarlığımı bildirmək istəyirəm”.

 

A- A A+

Digər xəbərlər