Please ensure Javascript is enabled for purposes of website accessibility

İnam Kərimov: "ASAN xidmət" mərkəzində heç bir neqativ hal qeydə alınmayıb

"1 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyətə başladığı 15 gün ərzində heç bir neqativ hal qeydə alınmayıb". Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

"Biz neqativ halların baş verməməsi və şəffaflığın təmin edilməsi üçün daimi tədbirlər görürük. Əgər neqativ hallara yol verən şərait aradan qaldırılarsa, neqativ hallar da baş verməz. "ASAN xidmət" mərkəzi də belə mərkəzlərdən biridir", - Kərimov deyib.

Onun sözlərinə görə, yanvarın 15-dən indiyə qədər xidmətin 1 saylı mərkəzinə 6500-ə yaxın vətəndaş müraciət edərək onun xidmətlərindən yararlanıb.

"ASAN xidmət" mərkəzində göstərilən xidmətlərin sayının çoxaldılmasına münasibət bildirən Kərimov bu məsələnin ölkə Prezidentinin Fərmanı ilə tənzimləndiyini deyib.

"Əgər Prezident Fərman verərsə, xidmətlərin sayına dəyişiklik edilərsə, bizim vəzifəmiz onun icrasını təmin etməkdir", - Dövlət Agentliyinin sədri vurğulayıb.
 

Mənbə: Trend

 

A- A A+

Digər xəbərlər