Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim Mərkəzində “Stresin idarə olunması” mövzusunda təlim keçirilmişdir

14 avqust 2013-cü  il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim Mərkəzində “Stresin idarə olunması” mövzusunda təlim  keçirilmişdir. Təlimdə  3 saylı Asan Xidmət mərkəzində fəaliyyət göstərəcək  dövlət orqanlarının əməkdaşları iştirak etmişdir.

Bir gün davam edən təlim prosesində stresin əlamətləri, yaranma səbəbləri, zərərli nəticələri barədə məlumat verilmiş və  təşkilatın fəaliyyətində baş verən problemlərin  stress yaradan faktorları aradan qaldırmaqla qarşısını almaq yolları barədə məlumat verilmişdir. Təlim iştirakçılarına stres hallarında davranış metodları,  neqativ hallarla işləmək, stressli şəraitə, situasiyaya münasibəti dəyişmək metodu (reframing), şəxsi stres imunitetinin inkişafı barədə ətraflı məlumatlar çatdırılmış, anti-stres psixoloji mühitinin yaradılması üçün mütəxəssis məsləhətləri verilmişdir. Təlimdə iştirakçılara  özünə əminlik anatomiyası, zərbəyə davamlılıq bacarığı  kimi mühüm məsələlər barədə də məlumat verilmişdir.

Stresə qarşı mübarizə texnikaları barədə məlumatlandırılan təlim iştirakçıları  praktik meditasiya və  nəfəs məşqlərinə,  autotreninqə cəlb edildikdən sonra fikir mübadiləsinə və onları maraqlandıran sualların müzakirəsinə başlamışlar.

 

A- A A+

Digər xəbərlər