Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim Mərkəzində “Stresin idarə olunması” mövzusunda təlim keçirilmişdir
15 avqust 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim Mərkəzində “Stresin idarə olunması” mövzusunda təlim keçirilmişdir. Təlimdə 2 saylı Asan Xidmət mərkəzində və Sumqayıtdakı Asan Xidmətdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları iştirak etmişdir.
1 gün davam edən təlim prosesində stresin mahiyyəti, yaranma səbəbləri, orqanizmə və əmək qabiliyyətinə zərərli nəticələri barədə məlumat verilmiş və təşkilatın fəaliyyətində baş verən problemlərin stress yaradan faktorları aradan qaldırmaqla qarşısını almaq yollarından bəhs olunmuşdur. Təlim iştirakçılarına anti-stres psixoloji mühitinin yaradılması və aparılan danışıqları stresdən azad etmək qaydaları barəsində biliklər verilmiş və əldə olunan biliklər müvafiq çalışmalarla daha da möhkəmləndirilmişdir. Praktik meditasiya və nəfəs məşqləri ilə davam edən təlim sonda iştirakçılarla aparılan fikir və təəssürat mübadiləsi ilə başa çatmışdır.