Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim Mərkəzində “Stresin idarə olunması” mövzusunda təlim keçirilmişdir
13 avqust 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim Mərkəzində “Stresin idarə olunması” mövzusunda təlim keçirilmişdir. Təlimdə Asan Xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları iştirak etmişdir.
Təlimdə stresin xüsusiyyətləri, psixoloji və fizioloji səbəbləri, onun idarəolunmasına dair strategiyalar barədə təlim iştirakçılarına ətraflı məlumat verilmişdir. İştirakçılara fərqli vəziyyətlərdə stressin gərginlik səviyyəsinin qiymətləndirilməsi və stressin konstruktiv idarə olunması, stress yaradan faktorları aradan qaldırmaq barədə praktik məsləhətlər verilmişdir.
Praktik meditasiya və nəfəs məşqləri ilə davam edən təlim sonda iştirakçılarla aparılan fikir və təəssürat mübadiləsi ilə başa çatmışdır.