Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN xidməti fəaliyyətə başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ilk “ASAN xidmət” mərkəzi bu gündən başlayaraq Bakının Nəsimi və Nərimanov rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərməyə başladı. Hələ səhər saatlarından vətəndaşlar mərkəzə müraciət etməyə başlayıb. Yeni xidmət, xüsusilə də buranın əməkdaşlarının münasibəti vətəndaşları müsbət mənada təəccübləndirmişdir.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşlar 9 dövlət qurumuna aid olan 23 növ xidmətdən yararlana bilərlər. Burada sürücülük vəsiqəsini dəyişdirmək, ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqələrini almaq və dəyişdirmək, məhkumluq barədə arayış almaq, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərini qeydiyyatdan keçirmək, torpaq kadastrı məlumatları barədə arayışlar almaq, müvəqqəti yaşamaq üçün icazə, immiqrant statusu almaq, əmək pensiyalarını təyin etmək, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına aldırmaq, notariat, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq və digər xidmətlərdən istifadə etmək mümkündür.

Əsas prinsiplərindən biri şəffaflıq olan “ASAN xidmət” mərkəzlərində bütün proseslərə ciddi nəzarət edildiyinin şahidi olduq. Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin istirahət günləri də daxil olmaqla fəaliyyət göstərəcək. Gələcəkdə “E-ASAN” adlanan xidmətin yaradılması nəzərdə tutulur ki, bu “ASAN xidmət” mərkəzinə gəlmədən bütün xidmətlərdən internetlə istifadə etməyə imkan verəcək. İyun ayından Gəncə və Sumqayıtda “ASAN xidmət” mərkəzlərinin yaradılması, həmçinin qeydiyyat yerindən asılı olmayaraq hər kəsin istənilən “ASAN xidmət” mərkəzində xidmətdən istifadə etməsi nəzərdə tutulur.

Mənbə: ANSPress

A- A A+

Digər xəbərlər