Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət" mərkəzində neqativ hal aşkarlanmayıb - İnam Kərimov

1 saylı Bakı "Asan xidmət" mərkəzi bu il yanvarın 15-də fəaliyyətə başlayıb. İndiyədək 60 minə yaxın vətəndaşa xidmət göstərib. Fəaliyyətə başladığı üç ayda 1 saylı "ASAN xidmət" mərkəzində heç bir neqativ hal aşkar edilməyib.

Bu fikirləri jurnalistlərə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu ilin yay aylarına qədər Bakı şəhərinin bütün əhalisi "Asan xidmət" mərkəzlərinin xidmətlərindən bəhrələnə biləcəklər. May ayında Bakıda 2 saylı Xətai "Asan xidmət" mərkəzinin açılması nəzərdə tutulur. O cümlədən, mayda Sumqayıt şəhərində iki "Asan xidmət" mərkəzi açılacaq. Bu mərkəzlər təkcə Sumqayıt deyil, Xızı, Şabran, Siyəzən və Abşeron rayonlarının əhalisinə də xidmət göstərəcək.

 

Mənbə: SalamNews

 

A- A A+

Digər xəbərlər