"ASAN xidmət"in səyyar mərkəzi Qubada fəaliyyətə başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "ASAN xidmət" şəbəkəsinin "Səyyar xidmət" mərkəzi Qubada fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "ASAN xidmət" şəbəkəsinin "Səyyar xidmət" mərkəzi Qubada fəaliyyətə başlayıb.Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Azad Cəfərli jurnalistlərə bildirib ki, 15 gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri 5 dövlət orqanının 8 xidmətindən yararlana biləcək. Onun sözlərinə görə, "Səyyar xidmət" 3 rayondan olan 410 min insan üçün nəzərdə tutulub.
Qeyd olunub ki, “ASAN xidmət” fəaliyyətə başladıqdan 140 minədək insana xidmət edib.
Mənbə: APA