“ASAN xidmət” hələlik Bakının iki rayonunu əhatə edəcək
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi pilot layihə olduğu üçün ilkin mərhələdə Bakının yalnız Nəsimi və Nərimanov rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərəcək.
Bunu Agentliyin sədri İnam Kərimov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bir neçə aydan sonra işlər daha da təkmilləşdiriləcək və digər rayonlarda bu xidmətləri göstərmək mümkün olacaq. Onun sözlərinə görə, gələn ilin iyun ayına kimi Bakı şəhərinin bütün rayonları və Sumqayıt şəhərinin sakinləri də bu xidmətdən yararlana biləcəklər. İ.Kərimov qeyd edib ki, yaxın gələcəkdə isə qeydiyyat yerindən asılı olmayaraq, bütün respublika üzrə vətəndaşlara bu xidmət göstəriləcək.