Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN təcrübəsi beynəlxalq investisiya və əməkdaşlıq platformasında təqdim olunub

Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) keçirilir.

İqtisadiyyat Nazirliyinin və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum 2 gün davam edəcək.

Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “Afrika və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi: investisiya, ticarət və artım” mövzusunda təşkil olunmuş paneldə çıxış edib.

O, “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsini əks etdirdiyini və bu modelin şəffaflıq, səmərəlilik və əlçatanlıq prinsipləri əsasında formalaşdırıldığını bildirib. Qeyd olunub ki, “ASAN xidmət” təkcə vətəndaşlara xidmət mexanizmi deyil, həm də dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarını genişləndirən, institusional islahatlara və əlverişli investisiya mühitinin formalaşmasına töhfə verən platformadır.

Bildirilib ki, “ASAN xidmət” təcrübəsi dünyanın 50-dən çox ölkəsi ilə bölüşülür. Hazırda Afrika qitəsinin 22 ölkəsi ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirilir. Uqanda və Efiopiyada “ASAN xidmət” modelinə əsaslanan mərkəzlər artıq fəaliyyət göstərir. Ümumilikdə, dünyada ASAN modeli əsasında 600-dən çox mərkəz fəaliyyət göstərir və bu mərkəzlər vasitəsilə 800 milyondan çox insana xidmət göstərilir.

A- A A+

Digər xəbərlər