Please ensure Javascript is enabled for purposes of website accessibility

24 dekabr - “ASAN Radio”nun 5 illiyidir

“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb. 24 dekabr, 2015-ci ildə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio” Azərbaycanın  90%-ə yaxın ərazisində yayımlanır. 

“ASAN xəbər”, “100 FM-də 100 saniyə xəbər”, “Xüsusi buraxılış”ları ilə ən son xəbərləri operativ çatdırır. Yerli və beynəlxalq təşkilatlarla birgə layihələr reallaşdırır.

      “ASAN Radio” sosial çarxlar hazırlayır, həssas qrupları diqqətdə saxlayır. Hazırda pandemiya səbəbindən  xüsusi rejimdə fəaliyyət göstərir. Rəsmilərlə vətəndaşlar arasında birbaşa təmas yaradır.

     “ASAN Radio” Bakıda, bölgələrdə və artıq işğaldan azad olunan ərazilərimizdə  100, 96.5, 95.6 və 92.7 FM-də yayımlanır. www.asanradio.az saytı daim yenilənir. 100 FM rəsmi “facebook” səhifəsində izləyici sayı 100 000-ə yaxınlaşan yeganə radiodur. 

    “ASAN Radio” zövqlü musiqi səsləndirir. Gələcək jurnalistlər, tələbə və könüllülər radioda təcrübə keçir. 

   “ASAN Radio” Qarabağda, Şuşamızda səslənən ilk radiodur. 44 günlük informasiya müharibəsinin iştirakçısıdır.  Cəbhə bölgəsinə səfər edən, işğaldan azad olunan torpaqlardan xəbər verən ilk radiodur. Zəfərə imza atanlardan gələn xəbəri, gözləyənlərə çatdırdıq!

“ASAN Radio” – 5 il yayımda!

https://youtu.be/nxPJ9RqCwLQ

A- A A+

Digər xəbərlər