2 saylı Gəncə ‘‘ASAN xidmət - 1 il
2 saylı Gəncə regional ‘‘ASAN xidmət" mərkəzinin açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 30 yanvar 2022-ci il tarixində baş tutub.
“ASAN xidmət “ mərkəzinin binası 4 mərtəbəlidir. Mərkəzin ərazisində geniş park, uşaq əyləncə meydançası, idman meydançası və xüsusi dekor hovuzlar var.
Mərkəz 10 fevral 2022-ci il tarixində fəaliyyətə başlayıb.
‘‘ASAN xidmət‘" mərkəzi Gəncə şəhəri, Şəmkir ,Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan 1 milyona yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
Mərkəzdə əməkdaşların sayı 208, könüllülərin sayı 85 nəfərdir. "ASAN xidmət" mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.
Fəaliyyət göstərdiyi bir il ərzində 254 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 360-dan çox xidmət həyata keçirilir.