Please ensure Javascript is enabled for purposes of website accessibility

Texnologiya və innovasiyalar İşçi qrupun növbəti görüşü baş tutacaq

19 may 2022-ci il  tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar İşçi qrupunun növbəti görüşü baş tutacaqdır.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının, Dövlət Statistika Komitəsinin nümayəndələri və  ekspertlər iştirak edəcəklər.

Görüşün keçirilməsində məqsəd Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Texnologiya və innovasiyalar işçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planının və 2021-ci ildə qəbul edilmiş Qərarların icrası ilə bağlı ümumi vəziyyətin müzakirəsidir.

Eyni zamanda real vaxt rejimində görüşlərin distant keçirilməsi məqsədilə yerli şirkət tərəfindən hazırlanmış proqram təminatlı videokonfrans platformasının digər onlayn platformalarla müqayisəli təhlilinə dair müzakirə aparılacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti iclasında iştirak etmək istəyən şəxslər https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olub məlumat əldə bilərsiniz.

https://azranking.az/az/protocols-announcements/Texnologiya%20v%C9%99%20innovasiyalar%20%C3%BCzr%C9%99%20i%C5%9F%C3%A7i%20qrupunun%20iclas%C4%B1-52.html

A- A A+

Digər elanlar