Təhlükəsizlik tədbirləri haqqında elan

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində vətəndaşların rahatlığını və təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin inzibati binasına buraxılış rejimi haqqında təlimata əsasən mərkəzlərdə ictimai asayişin qorunması, oğurluq və qanuna zidd əməllərin qarşısının alınması, təhlükəsizlik məqsədilə yoxlanışlar həyata keçirilir. Vətəndaşların yoxlanılması müasir texniki vasitələrdən, metal axtaran cihazlardan istifadə etməklə aparılır. Qeyd edək ki, xanımlar yalnız qadın mühafizəçilər tərəfindən yoxlanılır.

Mərkəzlərdə mühafizə fəaliyyətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin idarə, şöbə, bölmələri ilə bağlanılmış müqaviləyə əsasən polis və mülki mühafizə xidməti həyata keçirir

 

 

A- A A+

Digər elanlar