SƏN də bizə qoşul!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa və “Dövlət Agentliyinin könüllülərlə fəaliyyətin təşkili Qaydalar”ına əsasən “ASAN Xidmət” mərkəzlərinə könüllü əsaslarla işləmək arzusunda olan orta ixtisas və ali təhsil ocaqlarında təhsil alan tələbələri dəvət edir.
CV-lərin qəbulu 2013-cü il 10 – 20 dekabr tarixləri arasında həyata keçiriləcəkdir. CV-lərinizi hr@asan.gov.az ünvanına göndərə bilərsiniz. Göndərmə zamanı mövzu (subject) yerinə “Könüllü” sözünü qeyd edin.
Mərkəzlərdə könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Agentlik tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Namizədlər üçün tələblər:
- İntizamlılıq;
- Ünsiyyətcillik;
- Operativlik;
- Kollektivdə işləmək bacarığı;
- Təşkilatçılıq;
- Təşəbbüskarlıq;
- Kompüter bacarığı;
Könüllülük əsasında cəlb edilənlərin görəcəyi işlər;
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” Mərkəzlərində könüllü fəaliyyətin həyata keçirilməsi;
- Vətəndaşların qarşılanması, elektron lövhələrdən istifadəsinə köməkliyin göstərilməsi;
- ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən xidmətlər üzrə mərkəzlərə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
- Müraciətlərə əsasən anketlərin doldurulması və doldurulmasına köməkliyin göstərilməsi;
- Əlillərin ASAN Xidmət Mərkəzində daha asan xidmət almasına dəstək, xidmət müddətində qayğının göstərilməsi;
- Mərkəzə gəlmiş valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi;
- Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi.