Please ensure Javascript is enabled for purposes of website accessibility

Növbəti yeniliyin birincisi Sən ol!

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Sabunçu, Suraxanı və Nizami rayonlarının orta ixtisas və ali təhsil ocaqlarında təhsil alan fəal tələbələrini könüllü əsaslarla fəaliyyət göstərməyə dəvət edir!  

CV-lərin qəbulu 16 – 26 aprel 2014-cü il tarixləri arasında həyata keçiriləcəkdir. CV-lərinizi hr@asan.gov.az ünvanına email-in mövzu (subject) yerinə “4 saylı - könüllü” sözünü qeyd edib göndərin.

Mərkəzdə könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Agentlik tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

Namizədlər üçün tələblər:

 

  • İntizamlılıq;
  • Ünsiyyətcillik;
  • Operativlik;
  • Kollektivdə işləmək bacarığı;
  • Təşkilatçılıq;
  • Təşəbbüskarlıq;
  • Kompüter bacarığı;

 

 

Könüllülük əsasında cəlb edilənlərin görəcəyi işlər;

 

 

  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətin həyata keçirilməsi; 
  • Vətəndaşların qarşılanması, elektron lövhələrdən istifadəsinə köməkliyin göstərilməsi;
  • “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən xidmətlər üzrə mərkəzlərə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
  • Müraciətlərə əsasən anketlərin doldurulması və doldurulmasına köməkliyin göstərilməsi;
  • Əlillərin “ASAN xidmət” mərkəzində daha asan xidmət almasına dəstək, xidmət müddətində qayğının göstərilməsi;
  • Mərkəzə gəlmiş  valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi;  
  • Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi.

 

Qeyd: Könüllü fəaliyyəti heç bir halda "ASAN xidmət" mərkəzlərində işə götürülmək üçün əsas yaratmır.

 

A- A A+

Digər elanlar