Please ensure Javascript is enabled for purposes of website accessibility

Könüllü sıralarımıza SƏN də qatıl!

 

“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa  müvafiq  olaraq “ASAN xidmət” mərkəzlərində  fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir.  Könüllülük  fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Qanuna müvafiq olaraq “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətin əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

 

  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətin həyata keçirilməsi;
  • Vətəndaşların qarşılanması, elektron lövhələrdən istifadə olunmasında köməkliyin göstərilməsi;
  • “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən xidmətlər üzrə mərkəzlərə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
  • Müraciətlərə əsasən anketlərin doldurulması və doldurulmasına köməkliyin göstərilməsi;
  • Əlillərin “ASAN Xidmət” Mərkəzində daha asan xidmət almasına dəstək, xidmət müddətində onlara qayğının göstərilməsi;
  • Mərkəzə gəlmiş  valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi; 
  • Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi;
  • Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

 

Könüllülük fəaliyyətinə şəxslər 2 ay müddətinə qoşulur və müxtəlif əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir. Mərkəzlər üzrə gündəlik olaraq 3 növbədə könüllülük fəaliyyəti təşkil olunur və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilər. Növbələrin bölgüsü aşağıdakı kimidir:

 

  • 09:30-13:00 – Birinci növbə
  • 13:00-16:00– İkinci növbə
  • 16:00-19:30– Üçüncü növbə

 

Mərkəzlərdə könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Dövlət  Agentliy tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. “ASAN xidmət” mərkəzlərində təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 16-26 yaş arası gənclər  müraciət edə bilər.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

Namizədlər üçün tələblər:

 

  • İntizamlılıq;
  • Xoşrəftarlılıq;
  • Ünsiyyətcillik;
  • Operativlik;
  • Kollektivdə işləmək bacarığı;
  • Təşkilatçılıq;
  • Təşəbbüskarlıq;
  • Kompüter bacarığı;

 

Müraciət üçün: 

http://konullu.asanschool.az/  

http://asanschool.az/    

 

 

A- A A+

Digər elanlar