İdeya Bankı yeni müsabiqə elan edir
“ASAN Wi-Fi” sisteminin təkmilləşdirilməsi ilə bağlı maraqlı bir ideya düşün, İdeya Bankına (www.ideyabanki.com ; www.ideya.az ) göndər və qalib ol.
Göndərilən ideya üzrə tələblər:
- Ziyarətçiləri wifi-dan istifadəyə cəlb etməlidir.
- Ziyarətçiləri reklamın kontentini diqqətlə izləməyə sövq etməlidir.
- Şirkətləri məhz ASAN Wi-Fi vasitəsilə reklam yerləşdirməyə həvəsləndirməlidir.
- ASAN Wi-Fi şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üçün ictimai obyektləri əməkdaşlığa təşviq etməlidir.
İdeyaların qəbulu mərhələsi 15 yanvar 2017-ci il tarixinə kimi davam edəcəkdir. Müsabiqənin müddəti göndərilən ideyaların keyfiyyətindən asılı olaraq uzadıla bilər.
Ən yaxşı ideya sahibinə 1000 AZN mükafat veriləcəkdir.
Diqqət: İdeya əsaslandırılmalı və izahedici olmalıdır. İdeya lazımı qədər əhatəli, lakin eyni zamanda, mümkün qədər qısa və konkret şəkildə izah edilməlidir.
Qeyd edək ki, “ASAN Wi-Fi” sistemi ölkə ərazisində, xüsusi ilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetdən istifadə imkanlarının təmin edilməsi məqsədilə yaradılmışdır.