Please ensure Javascript is enabled for purposes of website accessibility

"Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası baş tutacaq

11 fevral 2022-ci il tarixində “Texnologiya və innovasiya” üzrə işçi qrupun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası baş tutacaqdır.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının, ADA Universitetinin, Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Mühəndislik Universitetinin nümayəndələri və ekspertlər iştirak edəcəklər.

Görüşün keçirilməsində məqsəd elmi nəşrlər və müvafiq beynəlxalq reytinq göstəriciləri sahəsində təhlillərin və qiymətləndirmələrin aparılması, elmi tədqiqat işlərinin stimullaşdırılması istiqamətində tədbirlərin müəyyən olunması, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə mərkəzlərin yaradılması və beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə təşviqat xarakterli tədbirlərin müəyyənləşdirilməsidir. Görüş çərçivəsində “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” 2022-ci il üçün yol xəritəsinin layihəsinin hazırlanması istiqamətində müzakirələr aparılacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.

İclasda iştirak etmək istəyən şəxslər https://azranking.az/az/protocols-announcements/texnologiya-ve-innovasiya-uzre-isci-qrupunun-elmi-nesrlerle-bagli-beynelxalq-reytinq-gostericilerinin-h-indeksi-yaxsilasdirilmasi-uzre-altqrupun-novbeti-iclasi linki və ya https://azranking.az portalının onlayn müraciət bölməsi (https://azranking.az/online-apply ) vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.

A- A A+

Digər elanlar