“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun növbəti iclası baş tutacaq
10 may 2022-ci il tarixində “Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası baş tutacaqdır.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasın;n, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun, ADA Universitetinin, Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri və ekspertlər iştirak edəcəklər.
Görüşün keçirilməsində məqsəd “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsi”nin icrası istiqamətində görülmüş işlərin müzakirə olunması, növbəti rüblər üzrə görülməsi planlaşdırılan işlərin işlərin koordinasiya olunması və altqrupda təmsil olunan qurumların əlaqələndirilməsidir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.
İclasda iştirak etmək istəyən şəxslər https://azranking.az/az/protocols-announcements/texnologiya-ve-innovasiya-uzre-isci-qrupunun-elmi-nesrlerle-bagli-beynelxalq-reytinq-gostericilerinin-h-indeksi-yaxsilasdirilmasi-uzre-altqrupunun-novbeti-iclasi linki və ya https://azranking.az portalının onlayn müraciət bölməsi (https://azranking.az/online-apply ) vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.