Dövlət Agentliyi şüar müsabiqəsi elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzi üçün şüar müsabiqəsi elan edir.
Dövlət orqanlarında hüquqi xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılması istiqamətində fəaliyyət göstərən “ASAN xidmət” ölkəmizdə ilk dəfə olaraq şüar seçimini Azərbaycan Respublikasının vətəndaşlarına həvalə edir.
Fevral ayının 15-nə kimi davam edəcək müsabiqədə vətəndaşlar öz təkliflərini “ASAN xidmət” mərkəzinin facebook səhifəsinə məktub, yaxud şərh yazmaqla, həmçinin info@asan.gov.az rəsmi ünvanına göndərməklə bildirə bilər.
Müsabiqənin şərtləri:
- Şüar Azərbaycan dilində olmalıdır;
- Şüar üç sözdən artıq olmamalıdır.
Müsabiqədə iştirak et – “ASAN”-a “SÖZ” töhfəni et!
Ən maraqlı, kreativ və “ASAN xidmət”in fəaliyyətinə uyğun şüarla çıxış edən müsabiqə qalibi mükafatlandırılacaq.