Please ensure Javascript is enabled for purposes of website accessibility

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü baş tutacaqdır

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun 2021-ci il 20 oktyabr tarixində növbəti görüşü baş tutacaqdır.

Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun üzvləri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi iştirak edirlər. Eyni zamanda görüşə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri dəvət olunmuşdur.

Görüşdə Refinitiv bazaya çıxışın əldə olunması, Vençur və kraudfandinq fəaliyyəti ilə bağlı mövcud qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı hazırlanmış normativ hüquqi akt layihələri, Azərbaycan elmi istinad indeksinin tətbiqi imkanları, “Qlobal İnnovasiyalar İndeksi” üzrə 2021-ci il hesabatına əsasən ölkənin mövqeyinə təsir edən sub-indekslərin yaxşılaşdırılması, Qlobal İnnovasiyalar İndeksinin “Yaradıcı məhsullar” və “Bilik və texnologiya məhsulu” sub-indeksləri üzrə ölkənin mövqeyinin yaxşılaşdırılması istiqamətində təkliflər müzakirə olunacaqdır.

Görüşün nəticələrinə dair qəbul ediləcək qərarlar əsasında Protokol tərtib olucaq və bu barədə məlumatlar paylaşılacaqdır.

İclasda bu sahəyə maraq göstərən hər bir kəs, o cümlədən özəl sektor nümayəndələri iştirak edərək müvafiq təkliflər vermək imkanına malik olacaqlar (https://azranking.az/az/protocols-announcements/Texnologiya%20v%C9%99%20innovasiyalar%20i%C5%9F%C3%A7i%20qrupunun%20iclas%C4%B1-7.html ) .

A- A A+

Digər elanlar