Please ensure Javascript is enabled for purposes of website accessibility

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın növbəti görüşü keçiriləcək

17 dekabr  2021-ci il tarixində  Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü baş tutacaqdır.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının, Dövlət Statistika Komitəsinin nümayəndələri və ekspertlər iştirak edəcəklər.

Görüşün keçirilməsində məqsəd İşçi qrupun 2021-ci il üzrə fəaliyyətinin yekunları və Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyətinin və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Texnologiyalar və innovasiyalar üzrə işçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planı müzakirəsidir.

Eyni zamanda real vaxt rejimində görüşlərin distant keçirilməsi məqsədilə yerli şirkət tərəfindən hazırlanmış proqram təminatlı videokonfrans platformasının təqdimatı keçiriləcəkdir.
 

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti iclasında iştirak etmək istəyən şəxslər https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olub məlumat əldə edə bilərsiniz.

https://azranking.az/az/protocols-announcements/Texnologiya%20v%C9%99%20innovasiyalar%20%C3%BCzr%C9%99%20i%C5%9F%C3%A7i%20qrupunun%20iclas%C4%B1-52.html

A- A A+

Digər elanlar