Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir.

Azərbaycanlı fəal gənclərin nəzərinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinə (Xətai rayonu) və Sumqayıt “ASAN Xidmət” mərkəzinə könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir.

CV-lərin qəbulu 2013-cü il 5-20 aprel tarixləri arasında həyata keçiriləcəkdir. CV-lərinizi hr@asan.gov.az ünvanına göndərə bilərsiniz. Göndərmə zamanı mövzu (subject) yerinə “Könüllü” sözünü qeyd edin. 

Mərkəzlərdə könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Agentlik tərəfindən xüsusi diplomlarmüsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

  • İntizamlılıq;
  • Xoşrəftarlılıq;
  • Ünsiyyətcillik;
  • Operativlik;
  • Kollektivdə işləmək bacarığı;
  • Təşkilatçılıq;
  • Təşəbbüskarlıq;
  • Kompüter bacarığı;

Könüllülük əsasında cəlb edilənlərin görəcəyi işlər:

  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətin həyata keçirilməsi; 
  • Əlillərin "ASAN xidmət" mərkəzində daha asan xidmət almasına dəstək, xidmət müddətində qayğının göstərilməsi;
  • Mərkəzə gəlmiş  valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi;
  • Vətəndaşların qarşılanması, elektron lövhələrdən istifadəsinə köməkliyin göstərilməsi;
  • "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən xidmətlər üzrə mərkəzlərə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
  • Müraciətlərə əsasən anketlərin doldurulması və doldurulmasına köməkliyin göstərilməsi;
  • Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi.

 

A- A A+

Digər elanlar