Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının məlumatı
10 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar İşçi qrupunun növbəti görüşü baş tutacaqdır.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri və ekspertlər iştirak edəcəklər.
Görüşün keçirilməsində məqsəd Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Texnologiya və innovasiyalar işçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planının və 2021-ci ildə qəbul edilmiş Qərarların icrası ilə bağlı ümumi vəziyyətin müzakirəsidir.
Eyni zamanda görüşdə ölkəmizin beynəlxalq reytinqlərdə nüfuzunun yüksəldilməsi və yerli innovasiya ekosisteminin inkişafına dəstək məqsədi ilə “Qlobal innovasiyalar indeksi”ndə Azərbaycan üzrə mövcud olmayan və ya yenilənməmiş məlumatlar ilə bağlı həyata keçirilən tədbirlərlə bağlı müzakirənin aparılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti iclasında iştirak etmək istəyən şəxslər https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olub məlumat əldə bilərsiniz.