12 – 13 avqust “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür
12 – 13 avqust – Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür. 14 avqust tarixindən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.