
“ASAN xidmət”in rəsmi internet səhifəsi “NETTY2018”in qalibi olub
“Dövlət saytı” nominasiyasında “ASAN xidmət”in rəsmi internet səhifəsi - www.asan.gov.az birinci yerə layiq görülüb.
Xatırladaq ki, “ASAN xidmət” ikinci dəfədir ki, eyni nominasiyada qalib olur.
NETTY-2018 Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.