Özbəkistan və Moldova nümayəndə heyətləri “ASAN xidmət”də

22 fevral 2019-cu il tarixində Moldova Respublikasının Dövlət Vergi Xidmətinin direktor müavini İqor Surkanunun rəhbərlik etdiyi, həmçinin Özbəkistan Respublikasının yüksək vəzifəli nümayəndə heyətləri “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 27 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

A- A A+

Digər press-relizlər