Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.
Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur.
Yetkinlik yaşına çatmayan, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə məhkumluq barədə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizələrinə əsasən verilir.
Məhkumluq barədə arayışın verilməsi ödənişsizdir.
Arayış dərhal verilir. Şəxsin məhkumluğu olduqda və bununla bağlı əlavə araşdırma zərurəti yarandıqda arayış 1 iş günü müddətində verilir.
Bu xidmət 1 saylı Gəncə və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzləri istisna olmaqla bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.