Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə (notariat qaydasında təsdiq olunmalıdır);
Qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
Təsisçi-fiziki şəxslər barədə məlumat (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səxsiyyətini təsdiq edən sənədin (pasport) surətləri ərizəyə əlavə edilir.);
Təsisçi-hüquqi şəxslər barədə məlumat formaları;
Təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə 2 nüsxədə;
Qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qərar;
Təsisçi xarici hüquqi şəxsdirsə, onun qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır);
Müşahidə şurasının üzvləri barədə məlumat - ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (səxsiyyət vəsiqəsinin (pasport) surətləri ərizəyə əlavə edilməlidir);
Nizamnamə kapitalının və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
Etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir), etibarnamə müvafiq qaydada leqallaşdırılmalıdır.
Yerli investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması - 15 manat.
Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı - 5 manat.
İcra müddəti 2 gün
Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin qeydiyyatı ilə bağlı mərkəzlərdə yalnız sənəd qəbulu həyata keçirilir. Sənədlərin yoxlanılması, hazırlanması və təhvil verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yerli şöbələri tərəfindən həyata keçirilir.